44 gün döyüşdə iştirak etmiş Sadiqi tanıyaq – foto, video

23 Noyabr 2020 22:35 (UTC+04:00)

Sadiq Balaşirin oğlu Mirzəzadə 1994-cü ildə Lerik rayonun Mastail kəndində, ziyalı ailəsində anadan olub. 2015-ci ildə ali təhsil alıb və hərbi xidmətə gedib. Cəbhə bölgəsində xidməti borcunu yerinə yetirib. Aprel döyüşlərinin birbaşa iştirakçısıdır. Hələ tələbə ikən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olub. 2013-cü ildən YAP-nın Xətai rayon təşkilatın Gənclər Təşkilatının fəal gənci kimi fəaliyyət göstərmiş və 2019-cu ildə Xətai rayon YAP Gənclər Təşkilatının sədr müavini seçilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyində vakant yeri seçmişdi və noyabr ayının 11- də həmin yerə görə müsahibə mərhələsinə getməli idi. Müharibə başlayan kimi Sadiq işə həmişə düzəlmək olar, Vətən isə dardadır, torpaqlarımız işğaldan azad olunmalıdır deyib cəbhəyə yollanıb. 2020-ci il sentyabrın 27-də ermənilərin qondarma qarabağın müdafiəsi bəhanəsi ilə Azərbaycan ərazisinə hücumu zamanı Sadiq də bir qeyrətli və təcrübəli gənc kimi müharibəyə yollandı. Ağdərə və Kəlbəcər istiqamətində gedən döyüşlərdə axıra kimi vuruşub və düşmənə ağır zərbələr endirib. Hər dəfə onunla əlaqə saxlayanda deyərdi ki, düşməni Ali Baş Komandanın dediyi kimi "iti qovan kimi qovuruq". Bəli, Sadiq hələ də cəbhə bölgəsindədir. Deyir ki, son dığanı da torpağımızdan qovmasaq, geri qayıtmaram. Bəli, bizim bu gün dövlətə, dövlətçiliyə adı kimi sadiq olan gənclərimiz var. Onu da qeyd edim ki, Sadiq bu tərbiyəni ailəsində alıb. Atası Lerikdə uzun müddətdir ki, müxtəlif vəzifələrdə işləyir, dövlət məmurudur. Anası Təranə xanım da 29 ildir ki, bağça müəlliməsi və bağça müdiridir. Bax əsil məmur övladı belə olmalıdır!