Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsinə əlavə 400-500 əməkdaş göndərməyi planlaşdırır.
Mövqe.az xəbər verir ki, bunu BQXK-nin sədri Peter Maurer deyib.
O bildirib ki, bundan əvvəl BQXK-nın regiondakı missiyasının büdcəsi 10,96 milyon ABŞ dolları təşkil edirdi, 2021-ci ildə isə büdcə 49,31 milyon dollardan çox olacaq.
“Yəni biz iştirakımızı dörd dəfə artıracağıq. Bizim orada çox az işçimiz var. Daha 400-500 nəfəri regiona göndərmək istəyirik”, - komitə sədri qeyd edib.