Nazir bu polis rəisini yüksək vəzifəyə təyin etdi

24 Noyabr 2020 11:57 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Mövqe.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.