Ermənistan MN-də zabitlər kütləvi istefaya hazırlaşır

24 Noyabr 2020 12:33 (UTC+04:00)

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın kadrları yeni nazirin təyin olunmasından sonra qorxuya düşüblər.

Mövqe.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Xəbərdə Tonoyanın kadrlarının çox hissəsinin Müdafiə Nazirliyindən getməyi düşündüyü qeyd edilib.

İddiaya görə, onlar Andranik Köçəryanın yaxın adamı olan yeni müdafiə naziri Vaqarşak Arutyunyan vasitəsilə Tonoyanın kadrlarından qisas alacağını, eləcə də savaşda məğlubiyyətin əsas günahkarı kimi onları göstərəcəyindən qorxurlar.