Çavuşoğludan Qarabağ açıqlaması: Meydanda olacağıq!

24 Noyabr 2020 13:50 (UTC+04:00)

PKK üzvlərinin Qarabağa yerləşdirildiyini və mülki əhalini hədəf aldıqlarını sübut etdik.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Minsk Qrupunun ətalətinə qarşı biz də can Azərbaycanın hüquqlarını müdafiə etməyə başladıq. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Torpaqlarını işğaldan azad edir. Məcburi köçkünlər də öz doğma torpaqlarına geri qayıda biləcəklər. Bundan başqa, Naxçıvanla əlaqə qurulacaq. Türkiyə də bu hüququ qorumaq üçün meydanda olacaq”, - nazir bildirib.