Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb

24 Noyabr 2020 14:22 (UTC+04:00)

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.

Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub.

Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin edilib.