Bu şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ

24 Noyabr 2020 15:52 (UTC+04:00)

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Mövqe.az-ın məlumatına görə, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.

Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: "Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".