Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür - Foto

24 Noyabr 2020 17:07 (UTC+04:00)

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, “Artsaxa xoş gəlmisiniz”- yazılmış lövhə Ermənistandan Qarabağa gedən yolda qoyulmuşdu.

Sökülən lövhənin yerində Azərbaycanla Ermənistanın dövlət sərhədi olacaq. Ərazidən yayılan foto ermənilərin Kəlbəcər rayonundan köçmə prosesinin final mərhələsinə çatdığını göstərir.