Paşinyan itkin əsgərlərin ailələri ilə görüşdən qaçdı

24 Noyabr 2020 17:50 (UTC+04:00)

İtkin düşən erməni hərbçilərin yaxınları Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüblər.

Mövqe.az xəbər verir ki, Paşinyanla görüşən əsgərin yaxınlarından biri “Nyus.am”a açıqlamasında baş nazirlə görüşün onları razı salmadığını bildirib. O, görüşün cəmi 40-45 dəqiqə davam etdiyini söyləyib.

Daha sonra isə Paşinyan hansısa vacib görüşünün olduğunu deyərək, tələsik görüşü tərk edib.