Şanlı Azərbaycan Respublikası

24 Noyabr 2020 19:00 (UTC+04:00)

Qədim və ən şanlı tarixi olan Odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə həmişə zəngin və səxavətli olmuşdur. Onun bitibtükənməyən qara qızılı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin,

səfalı yaylaqları hamını heyrətə gətirmişdir. Neçə-neçə xalqın görkəmli elm

və sənət xadimləri yurdumuzu qarış-qarış gəzmiş, bu möcüzələr aləminin

gözəlliklərinə vurğun kəsilərək, əsrlər boyu onu ürək və ilhamla tərənnüm

etmişlər.Bəli, təbiət öz bolluğunu və səxavətini heç vaxt bu torpaqdan əsirgəməmişdir. Bu torpağın insanları da dost ürəkli, qonaqpərvərdirlər.

         Onlar son fikirlərini də dostla bölməyə, özləri çətinə düşsələr də, başqasını

çətinlikdən qurtarmağa hazırdırlar. Amma nə edəsən ki, təbiətin səxavəti,

yurdumuzun sərvəti, eləcə də xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə

başımıza bəla olmuş, çox vaxt dost dediyimiz kəslərdən naxələflik

görmüşük. Çörəyimizi yeyib suyumuzu içən, üzdə özünü dost kimi göstərib

daxildə türkə qənim kəsilən alçaq xislətli erməniləri tanımamış, onların xəbis

niyyətlərindən xəbər tutmamışıq. «Böyük Ermənistan» xülyasına qapılan

ermənilər  Rusiya imperiyasına arxalanaraq doğma yurdumuzun iyirmi faiz

ərazisini qəsb etmiş, bir milyon yurddaşımızı öz torpaqlarından qovaraq

qaçqına çevirmişlər. Ancaq bu gün Azərbaycan öz torpaqlarına yenidən qovuşdu. Biz bir daha azad olduq. Bu azadlığımızın səbəbi bizim birliyimizdir. Azərbaycan xalqı öz torpaqları ətrafında dağa çevrildi. Bir aydan çox gedən bu müharibələr Azərbaycan Ordusunun xeyrinə oldu. Biz inanırıq ki, tezliklə bütün əzəli-əbədi torpaqlarımız Qarabağ kimi yenidən azad olunacaq. Bütöv Azərbaycan torpaqlarının birləşdirilməsinə çox az qalıb.

 

Ağayeva Adilə

Nəsimi rayon gənci