İlhamla irəli , Azərbaycan Əsgəri...

24 Noyabr 2020 21:21 (UTC+04:00)

Qarabağ Azərbaycandır! 27 ildir ki, bu xalq zəfər çalacağı, qələbə qazanacağı günü səbirsizliklə gözlədi. 27 sentyabrdan etibarən Azərbaycan mənfur düşmənə qarşı mübarizəyə başladı. İgid oğullarımız haqq mübarizəsini , haqq davalarını davam etdirdilər , bu haqq davasında cəsarətlə irərləməyə başladılar. Analarımızım duaları və igidlərimizin şücayəti sayəsində biz yeni qələbələr, zəfərlər qazandıq. İşğalçı Ermənistan Azərbaycana qarşı böhtanlar ataraq təxribat törətməyə cəhd göstərsə də , yalanları qarşısında ölkəmiz faktlar irəli sürərək , Ermənistanın faşist islətli olduğunu dünyaya sübut etdi. Düşmən həm siyasi arenada , həm də cəbhə də özünün acizliyini bir daha sübut etdi .​

Bizim Rəşadətli Ordumuz isə yalnız hərbi hədəflərə zərbə endirərək, Ermənistan kimi sivillərə toxunmadı .Və hər gün yeni qələbələr qazandı. Bu qələbələrdən biri də yaxın zamanda işğaldan azad olunmuş Ağdam rayonudur. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır.​ Ağdamlılar həm birinci , həm ikinci​ Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar , çoxlu şəhidlər vermişlər. Ağdam rayonun işğaldan azad olnması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.​

Bu sözlərlə Prezident İlham Əliyev xalqı xüsusən də, ağdamlıları təbrik etmişdir. Bu yolda biz çox şey öyrəndik. 44 gün ərzində hamımız çox qəribə hisslər yaşadıq. Gah sevincdən gözlərimiz doldu , gah da şəhidlərimiz üçün məyus olub ağladıq.​

44 günə qədər biz qələbə nədir bilmirdik , xoşbəxtlikdən ağlamaq nədir bilmirdik. Yolda heç tanımadığımız insanı görüb , sevincdən gülümsəmək nədir bilmirdik.​

Amma qələbə bu imiş!

Qələbə - 27 ilin həsrətində gizli imiş!​

Qələbə - Şəhid anasının göz yaşlarında gizliymiş!

Bu xalqın hər bir fərdi zəfər arzusu ilə ümidli yaşayırdı. Elə ki onlar 27 il əvvəl çıxdıqları evlərinin açarlarını saxlayıb bir gün qayıdacağıq , yenidən bu torpaqlarda yaşayacağıq arzusu ilə yaşayırdılar.​ Xalq öz Ali Baş Komamdanına və Azərbaycanın Rəşadətli ordusuna güvənirdi. Və Xalqın bu arzusunu Prezidentimiz İlham Əliyev ordumuzun igidləri​ ilə həyata keçirdi.​

Zəfər gözləyən xalqın üzərinə Azərbaycan ordusuyla nur saçdı.​ Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr hissi ilə, Allaha şükür edərək , zəfərimizlə,qələbəmizlə , bunu bizə bəxş edən ordumuzla qürur duyur. Ürəklərdə və dillərdə bu sözlər - Yaşasın Azərbaycan !

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

Güllü Cəfərova

Nəsimi rayon gənci