Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020 10:53 (UTC+04:00)

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.