Bakıda narkotacir saxlanıldı

25 Noyabr 2020 15:34 (UTC+04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov Sabunçu rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 46 qramdan artıq heroin, Sabunçu qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə əlavə 870 qram marixuana aşkar edilərək götürülüb.