Ermənistan MEA da Paşinyana qarşı çıxdı

25 Noyabr 2020 15:42 (UTC+04:00)
Ermənistan, Azərbaycan və Rusiya liderlərinin bəyanatı erməni xalqı üçün alçaldıcıdır.
Mövqe.az xəbər verir ki, bu bəyanatı Ermənistan Milli Elmlər Akademiyasının rəyasət heyəti yayıb.
Bəyanatda Paşinyanın imzaladığı sənədin qondarma rejimin varlığı üçün təhdid yaratdığı bildirilib.
Elmlər Akademiyası guya Ermənistan hakimiyyətinin elmə böyük diqqət ayırmadığı üçün müharibə vaxtı müasir elmi-texniki uğurların tətbiq edilə bilmədiyini qeyd edib.