Ərdoğan iclas keçirir: Türk ordusu Azərbaycanda...

25 Noyabr 2020 17:01 (UTC+04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
Mövqe.az xəbər verir ki, iclasda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ zəfəri, türk ordusunun Azərbaycanda yerinə yetirəcəyi vəzifələri və Aralıq dənizinin şərq hissəsində baş verən son proseslər olmaqla, əhəmiyyətli strateji məsələlər müzakirə ediləcək.