Prezidentdən Xocavənd və Xocalı ilə bağlı - Qərar

25 Noyabr 2020 18:37 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanunu imzalayıb.
Mövqe.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.
Digər qərara əsasən, Xocalının Quşçubaba kəndi Baharlı adlandırılıb.