Azərbaycanda Türkiyənin Ticarət evi açılacaq - İlk dəfə

25 Noyabr 2020 21:24 (UTC+04:00)

Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə Ticarət-Sənaye Palataları və Birjalar Assosiasiyasının (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu Türkdilli dövlətlərin Ticarət-Sənaye Palataları Baş Assambleyasının onlayn iclasında deyib.

Öz növbəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkə sosial-iqtisadi inkişafın yeni dövrünə qədəm qoyub:

“Biz Azərbaycanda Türkiyənin birinci Ticarət evinin açılması qərarını yüksək qiymətləndiririk”.