Milli Məclisin gündəliyinə dəyişiklik edilib

26 Noyabr 2020 10:09 (UTC+04:00)

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Mövqe.az-ın məlumatına görə, gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında məsələ də daxil edilib.

Ümumilikdə deputatlar 7 məsələni müzakirə edəcəklər.