Ermənilər indi də Laçına od vurur - Foto

26 Noyabr 2020 11:13 (UTC+04:00)

Ermənistan ordusu Kəlbəcər və Ağdam rayonlarından sonra Laçın rayonunun əksər kəndlərini də tərk etməlidir.

Mövqe.az Modern.az-a istinadən xəbər verir ki, bölgəni dekabrın 1-nə qədər tərk etməyə hazırlaşan ermənilər Kəlbəcərdə olduğu kimi yenə tərk etdiyi ərazilərə od vurmağa başlayıb.

Beynəlxalq jurnalistlər həmin vandalizm aktlarının bir hissəsini lentə alıb.