Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib

26 Noyabr 2020 11:45 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 130 870 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 785 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 2 068 nəfər koronavirusdan ölüb, 25 228 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.