İran peyvəndin insanlar üzərində sınağına başlayır

26 Noyabr 2020 12:00 (UTC+04:00)

İran şirkətləri tezliklə koronavirusa qarşı peyvəndin insanlarda sınağına başlayacaqlar.

Axar.az xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari yayıb.

O, hazırda peyvənd istehsalı ilə 4 şirkətin məşğul olduğunu bildirib.

Lari insanlar üzərində sınağa iki şirkətin başlayacağını deyib.