Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir

26 Noyabr 2020 12:14 (UTC+04:00)

Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Mövqe.az-ın məlumatına görə, paytaxt sakinləri və 40-a yaxın QHT səfrilik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz edir.

Aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər.