Lənkəranda ara qarışdı; 10 əsgər, 1 polis və bir neçə azarkeş yaralandı
26 Avqust 2013 01:17 (UTC+04:00)
"Xəzər Lənkəran" - "Neftçi" oyunu başa çatan kimi azarkeşlərlə
polis və daxili qoşunların əsgərləri arasında insident yaşanıb.
Movqe.az ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi
məlumata istinadən xəbər verir ki, qarşılaşma bitəndən sonra
azarkeşlər stadionu tərk etmək istəməyib. Bu zaman azarkeşlərlə
asayiş keşikçiləri arasında toqquşma baş verib. Nəticədə Daxili
Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.
Qarşıdurmaya səbəb birinci hissəsi başa çatan kimi "Xəzər
Lənkəran"ın bir qrup azarkeşinin "Neftçi"nin 50-yə yaxın
azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq onlara qarşı
şüarlar səsləndirməsi olub. Nəticədə hər iki tərəf bir-birinə qarşı
şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları
sındıraraq bir -birlərinə atıblar. Qeyd edək ki, bu gün baş tutan
"Xəzər Lənkəran" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatıb."Xəzər
Lənkəran"lı azarkeşlər stadionun əsas giriş qapısından stadiona
daxil olmağa cəhd edib. Asayiş keşikşiləri azarkeşlərin stadiona
girişinin qarşını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Göz yaşardıcı qazın tüstüsündən stadionda vəziyyət gərginləşib.
jurnalistlər də daxil olmaqla "Neftçi" azarkeşləri stadiondan
bayıra çıxa bilməyiblər. Təhlükəsizlik tədbiri kimi "Neftçi"
futbolçularının soyunub-geyinmə otağı dəyişdirilib. Azarkeşlərdən
28 nəfər saxlanılıb və saxlanılanların böyük əksəriyyəti "Xəzər
Lənkəran"lı fanatlardır. Yaşanan insident nəticəsində 10 yaxın
əsgər, 1 polis əməkdaşı və bir-neçə azarkeş yaralanıb. Yaralanan
əsgərlərin əksəriyyəti gözyaşardıcı qazdan zəhərlənib. Verilən
məlumata görə, Lənkəranda baş verən insident birbaşa olaraq daxili
işlər nazirinin müavini Vilayət Eyvazovun nəzarətindədir.Polis
Lənkəran şəhər Mərkəzi Stadionunda vəziyyəti tam nəzarət altına
alsa da, jurnalistlər və "Neftçi" azarkeşləri arenadan bayıra
buraxılmır. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının
məlumatına görə, buna səbəb "Xəzər Lənkəran"lı azarkeşlərin şəhərin
müxtəlif yerlərində yolları bağlayaraq "Neftçi" azarkeşlərini və
futbolçularını gözləmələridir. Asayiş keşikçiləri vəziyyəti nəzarət
altına almağa çalışırlar.