Tiflisin mərkəzində yanğın: ölənlər var

26 Noyabr 2020 14:36 (UTC+04:00)

Tiflisin mərkəzindəki Xovar küçəsində yanğın baş verib.

Mövqe.az xəbər verir ki, yanğın zamanı 2 nəfər dünyasını dəyişib.

Məlumatda deyildiyinə görə, yanğın üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.

Yanğının səbəbi hələ ki, məlum deyil.