İrəvanda MN qarşısında növbəti aksiya

26 Noyabr 2020 15:53 (UTC+04:00)

44 günlük İkinci Qarabağ müharibəsi zamanı itkin düşən işğalçı hərbi qulluqçuların ailələri Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, etirazçılar itkin düşən hərbçilərin axtarışı üçün tədbir görülməsini tələb edirlər.