Maradona dəfn edildi

27 Noyabr 2020 09:27 (UTC+04:00)
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib. Bu barədə "TN" telekanalı məlumat yayıb. Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır. Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib. Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.