Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN

27 Noyabr 2020 09:33 (UTC+04:00)
Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır. Mövqe.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".