Lənkəran sakinindən tapança götürüldü

27 Noyabr 2020 12:27 (UTC+04:00)
Lənkəran sakininin evində silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan "Spanish Astra 4000" modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.