Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək

27 Noyabr 2020 12:56 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransı dekabrın 17-də keçiriləcək. Mövqe.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib. Qeyd olunur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar tədbir videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından müraciət edəcəyi gözlənilir. Konfransda iştirak etmək üçün jurnalistlərin akkreditasiyası noyabrın 29-dan başlayacaq.