İbrahimoviç yığma karyerasını bərpa edir

27 Noyabr 2020 13:37 (UTC+04:00)
"Milan" futbolçusu Zlatan İbrahimoviç İsveç yığmasının baş məşqçisi Yanne Andersson və federasiyanın baş katibi Xokan Şestrandla görüşüb. Sport7.az xəbər verir ki, Milanda baş tutan görüşdə 39 yaşlı hücumçunun yığmaya qayıdışı müzakirə olunub. Milli karyerasını 2016-cı ildə başa vuran forvard dönüşünü istisna etməyib. Tərəflər danışıqları davam etdirməyi razılaşdırıb. İsveç yığmasında 116 matç keçirən Zlatan 62 qol vurub.