Uşaqlara qarşı zorakılığın qadağan olunmasına dair normativ hüquqi aktlar təkmilləşdiriləcək

27 Noyabr 2020 16:15 (UTC+04:00)
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-2025-ci illərdə sosial həyatın bütün sahələrində (ailə, təhsil, idman, mədəniyyət və s.) uşaqlara qarşı zorakılığın qadağan olunmasına dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq. APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb. Fəaliyyət Planına əsasən, həmçinin Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi 2022-2024-cü illərdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaq hüquqlarının qorunması ilə bağlı normativ hüquqi aktların beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq.