İranda nüvə-raket aliminə sui-qəsd edilib

27 Noyabr 2020 18:48 (UTC+04:00)
İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə-raket alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub. Mövqe.az-ın məlumatına görə, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib. Atışmada 3-4 nəfərin öldüyü bildirilir. İranlı alimin taleyi haqda hələlik məlumat yoxdur.