Türkiyə siyasi partiyaları Fransa Senatı ilə bağlı bəyanat yayıb

27 Noyabr 2020 19:41 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar. Bu barədə Türkiyə mediasına istinadən məlumat verir.