İtaliya klubları Maradonaya görə meydana qara sarğı ilə çıxacaqlar

27 Noyabr 2020 20:42 (UTC+04:00)
İtaliya A Seriyasının noyabrın 25-də vəfat etmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradona ilə necə vidalaşacağı açıqlanıb. IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə "Napoli"nin heyətində Almaniya "Bavariya"sına qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək. Start fitindən əvvəl futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək. Qeyd edək ki, Dieqo Maradona 60 yaşında ürək tutmasından vəfat edib.