Premyer Liqada azarkeşlərin iştirakı ilə keçiriləcək ilk matç müəyyənləşib

27 Noyabr 2020 20:43 (UTC+04:00)
İngiltərə Premyer Liqasında cari mövsümün azarkeşlərlə keçiriləcək ilk oyunu müəyyənləşib. Sport7.az xəbər verir ki, turnirin təşkilatçıları martdan bəri azarkeşlərlə keçiriləcək ilk matçın dekabrın 5-də baş tutmasını qərara alıb. Həmin gün "Vest Hem" Londonda "Mançester Yunayted"i qəbul edəcək. Premyer Liqa rəhbərliyi əvvəlcə bu iki komandanın duelində 2000-ə yaxın fanatın tribunalara buraxılması barədə qərar verib. Koronavirus pandemiyası səbəbindən martdan bəri Premyer Liqa oyunları boş tribunalar önündə keçirilir. Dekabrdan etibarən isə Liverpul və Londondakı qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq.