Su kanalına düşən Gəncə sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

27 Noyabr 2020 23:52 (UTC+04:00)
Gəncədə bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Məmmədov Raqif Yaqub oğlu sözügedən küçədə ehtiyatsızlıqdan su kanalına düşüb. Ağır kələ-beyin travması alan 64 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.