Ağsu icra başçısı dəfn olundu

28 Noyabr 2020 13:15 (UTC+04:00)

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev dəfn edilib.

Mövqe.az-ın məlumatına görə, icra başçısı Bakı şəhəri Binəqədi rayon Qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, icra başçısı dünən müalicə aldığı tibb mərkəzində dünyasını dəyişib.