Diplomatlar ermənilərin Tərtərdə dağıtdığı evlərə baxdı

28 Noyabr 2020 14:14 (UTC+04:00)
Tərtərdə səfərdə olan diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri rayonun Şıxarx qəsəbəsinə baş çəkiblər.
Mövqe.az Bakıpost.az-a istinadən xəbər verir ki, diplomatlar həmin ərazidə 44 günlük müharibə dövründə ermənilərin raket atəşinə məruz qoyduğu məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə dağıdılmış evlərə baxış keçiriblər.
Onlara ermənilər tərəfindən atılmış mərmilər və qadağan olunmuş raketlərlə bağlı məlumatlar verilib.