Diplomatik korpusun nümayəndələri Ağdamdadır

28 Noyabr 2020 14:50 (UTC+04:00)

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədir.

Mövqe.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini məlumatlandırır.