Eyfel qülləsindən də hündürü Türkiyədə inşa edilir

29 Noyabr 2020 18:24 (UTC+04:00)

Çanaqqalanın Avropa və Asiya hissəsini birləşdirəcək "1915 Çanaqqala Körpüsü"nün tağlarının hündürlüyü Fransanın paytaxtı Parisin simvolu olan 300 metrlik Eyfel qülləsindən daha hündür olacaq.

Mövqe.az Publika.az-a istinadla xəbər verir ki, istifadəyə verildikdə dünyanın ən böyük orta uzunluqlu asma körpüsü adını alacaq körpünün inşası rəngləri, fiqurları və digər xüsusiyyətləri ilə orijinal memarlığa sahibdir.

2017-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan körpünün dənizdəki dərinliyi ilə birlikdə hündürlüyü 334 metrdir.