Seda Sayanın oğlu da koronavirusa yoluxub

29 Noyabr 2020 21:53 (UTC+04:00)

Dünyada sürətlə yayılan koronavirusa yoluxan məşhurların sayı günbəgün artır.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, müğənni Seda Sayanın oğlu da koronavirusa yoluxub.

Oğulcan Engin səhhətinin ağırlaşmasından sonra test elətdirib. Analiz cavabı müsbət çıxan Oğulcanın koronavirusa yoluxduğu məlum olub.

Karantinə alınaraq müalicə ounan Enginin sevgilisi Ezgi Eyüboğlu da test elətdirsə də onun analizlərinin cavabı hələ çıxmayıb.