Rusiya Qarabağda səhra hospitalı açdı

30 Noyabr 2020 10:18 (UTC+04:00)
Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ ərazisində səhra hospitalı açıb.
Mövqe.az xəbər verir ki, bu barədə kontingentin tibb dəstəsinin rəisi Yaroslav İvanov danışıb.
“İlk növbədə sülhməramlı kontingenti təmin edəcəyik. Dinc əhaliyə də yardım etməyə hazırıq. Hospitalda 40-a qədər xəstə yerləşə bilər”, - İvanov bildirib.