"Gəncə işi" ilə bağlı tutulan şəxs həbsdə vəfat etdi

30 Noyabr 2020 12:16 (UTC+04:00)

"Gəncə işi" ilə bağlı tutulan Müşfiq Qurbanov bu gecə Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bu barədə Mövqe.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Müşfiq Cümşüd oğlu Qurbanov 2020-ci il yanvarın 17-də Bakıya gətirilmişdi. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin Konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunurdu.