Təhsil naziri qəzada ölən tələbələrdən yazdı

30 Noyabr 2020 12:37 (UTC+04:00)
Təhsil naziri Emin Əmrullayev yol qəzasında ölən tələbələrlə bağlı sosial şəbəkədə paylaşım edib.
Mövqe.az-ın məlumatına görə, nazir qeyd edib ki, gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbə həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb:
"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb. Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!