​​​​​​​Salyanda 49 yaşlı sürücü bıçaqlanıb

30 Noyabr 2020 12:50 (UTC+04:00)

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi sürücüsü işləyən rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.