"Mançester Yunayted"i qələbəyə daşıyan ulduzu cəza gözləyir

30 Noyabr 2020 14:38 (UTC+04:00)
"Mançester Yunayted"in hücumçusu Edinson Kavani haqda araşdırmaya başlanılıb. Sport7.az xəbər verir ki, buna uruqvaylı futbolçunun irqçi ifadə işlətməsi səbəb olub. Premyer Liqanın X turunda 2 qol, 1 məhsuldar ötürmə ilə "Sauthempton" üzərində əzmkar qələbənin (3:2) memarı olan forvardın qarşılaşmadan sonra instaqram səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə qarşı irqçi ifadələr işlətdiyi bildirilir. İddiaya görə o pərəstişkara "təşəkkür edirəm, qara" cavabını verib. Düzdür, 33 yaşlı oyunçu sonradan yazdığını silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb. Kavaninin bu səbəbdən 3 oyunluq diskvalifikasiya olunması gözlənilir.