Bu ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq

30 Noyabr 2020 15:44 (UTC+04:00)

Baş Prokurorluq işğaldan azad olunan ərazilərə səfər edən mülki şəxslərə müraciət edib.

Baş Prokurorluqdan Mövqe.az-a verilən məlumatda bildirilir ki, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir:

"Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir".