Laçın rayonunun təhsil statistikası açıqlanıb

1 Dekabr 2020 10:37 (UTC+04:00)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb.
Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, 1992-1993-cü illərdə Laçın məktəblərinin sayı 106, müəllimlərin sayı 1396, şagirdlərin sayı 8877 olub.
2020-2021-ci tədris ilində Kəlbəcər məktəblərinin sayı 104, müəllimlərinin sayı 1808, şagirdlərinin sayı 13615-dır.