Türkiyə gəmisinə növbəti hücum

1 Dekabr 2020 11:55 (UTC+04:00)

Qvineyada Türkiyəyə məxsus yük gəmisinə piratların hücum etdiyi iddia olunub.

Mövqe.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Piratların hazırda gəmidə olduğu bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Türkiyə rəsmi məlumat yaymayıb.