Ermənistan etiraf etdi ki, işğalçıdır! – Qriqoryan

1 Dekabr 2020 15:06 (UTC+04:00)
İrəvan üçtərəfli sənədin imzalandığı gün bütün dünyaya bu illər ərzində işğalçı olduğunu rəsmən bəyan etdi.
Axar.az xəbər verir ki, bunu erməni hüquqşünas Vage Qriqoryan “İcmal” (Obzor) verilişinin efirində bildirib.
Onun sözlərinə görə, bu sənədin mətnində açıq-aydın yazılıb ki, Ermənistan torpaqları Azərbaycana qaytarmağı öhdəsinə götürür:
“Təkcə “qaytarmaq” sözü nəyə desəniz dəyər. Bu, Ermənistan tərəfinin növbəti biabırçı məğlubiyyətidir. İrəvan bu sənədi imzaladı və bütün dünya qarşısında özünün işğalçı olduğunu etiraf etdi", - deyə erməni hüquqşünas vurğulayıb.